İki illik hərbi əməliyyatlar ərzində Ukrayna iqtisadiyyatı 30% azalıb. Bundan əlavə, hərbi münaqişə zamanı 10 milyon insan ölkəni tərk edib. Bizim.Media xəbər verir ki, bu barədə Ukraynanın baş naziri Denis Şmıqal Yaponiyanın NHK telekanalına müsahibəsində deyib. “Biz iqtisadiyyatımızın 30%-ni, ərazilərimizin təxminən 20%-ni itirmişik və 3,5 milyon iş yerimizi itirmişik”, - deyə Şmıqal qeyd edib. Bizim.Media