Siyasət

MDB Baş katibi Əli Əsədovu təbrik edib

Müstəqil Dövlətlər Birliyinin Baş katibi Sergey Lebedev Azərbaycanın Baş naziri Əli Əsədova təbrik məktubu ünvanlayıb. Bizim.Media xəbər verir ki, məktubda deyilir: "Çox hörmətli Əli Hidayət oğlu! Yenidən yüksək dövlət vəzifəsi, Azərbaycan Respublikasının Baş naziri təyin edilməniz münasibətilə səmimi təbriklərimi qəbul edin. Əminəm ki, Sizin rəhbərlik etdiyiniz hökümət ölkənin sosial-iqtisadi inkişafı üçün effektiv işləyəcək, həmçinin Müstəqil Dövlətlər Birliyi məkanında hərtərəfli əməkdaşlığın qorunması istiqamətində xətti davam etdirəcək. Çox hörmətli Əli Hidayət oğlu, Sizə cansalığı, əmin-amanlıq və Azərbaycan xalqının mənafeyi naminə planların və təşəbüslərin icrasında uğurlar arzulayıram". Bizim.Media