Almaniya Bavariyasının paytaxtında başa çatan növbəti 60-cı Münhen Təhlükəsizlik Konfransı bir sıra fərqli amillərlə yadda qalacaq və tarixə düşəcək. Bizim.Media xəbər verir ki, bu fikirlər caliber.az saytının hazırladığı növbəti video materialda yer alıb. "Budəfəki konfransın əsas özəlliyi ondan ibarətdir ki, Münhenə gedən Azərbaycan nümayəndə heyəti ilk dəfə olaraq öz ərazi bütövlüyünü tam bərpa edən (bir sıra eksklavlar istisna olmaqla, işğaldan azad olunması da uzaqda deyil) ölkəni təmsil edib. Bir vaxtlar var idi ki, Azərbaycan siyasətçiləri Münhen Konfransının yüksək tribunalarında və kuluarlarda dünya ictimaiyyətinə səslənərək ədalətin bərpa edilməsini istəyirdilər. Bu dəfə Azərbaycan Respublikasının "Birinci təyyarəsi" tam müstəqil şəkildə beynəlxalq hüququn həyata keçirilməsinə nail olan qalib komandanı Münhenə gətirdi. İndiki konfransın başqa bir xüsusiyyətini isə qalib prezidentlə görüşmək istəyən insanların uzun növbəsi ilə izah etmək olar", deyə mənbə qeyd edib. Daha ətraflı videoda:
Bizim.Media