İtaliyanın Azərbaycandakı səfiri Klaudio Taffuri Mingəçevir şəhərinə səfər edib. Bizim.Media xəbər verir ki, bu barədə İtaliyanın Azərbaycandakı səfirliyinin rəsmi "X" hesabında paylaşım edilib. Bildirilib ki, səfir “AzərenerjiASC” ASC-nin prezidenti Baba Rzayev və “Ansaldo Energia” şirkətinin baş direktoru Fabritsio Fabbri ilə birlikdə Mingəçevir elektrik stansiyasında olub. "Ansaldo" tərəfindən istehsal olunan yeni qaz turbinlərinin quraşdırılması prosesinin gedişi yoxlanılıb. Bizim.Media