Siyasət

Azərbaycan-Ermənistan şərti sərhədində mövcud əməliyyat şəraiti təhlil edilib

Azərbaycan-Ermənistan şərti sərhədində mövcud əməliyyat şəraiti təhlil edilib Fevralın 24-də general-polkovnik Zakir Həsənovun rəhbərliyi ilə Müdafiə Nazirliyində növbəti xidməti müşavirə keçirilib. Müdafiə Nazirliyindən Bizim.Media-ya verilən məlumata görə, müşavirədə Azərbaycan Ermənistan şərti sərhədində mövcud əməliyyat şəraiti, qoşun xidmətinin təşkili və aparılması geniş təhlil edilib, məruzələr dinlənilib. 2024-cü ildə Azərbaycanda, Türkiyədə və digər ölkələrdə keçirilməsi planlaşdırılan birgə təlimlərin şəxsi heyətin təcrübə mübadiləsi, bilik və bacarıqlarının təkmilləşdirilməsi, qoşunların döyüş hazırlığının daha da yüksəldilməsinə müsbət təsir edəcəyi xüsusi vurğulanıb. Bizim.Media