Siyasət

Aİ-nin Azərbaycandakı səfirləri münaqişənin ildönümündə Ukraynaya dəstəklərini bildiriblər - FOTO

Avropa İttifaqı (Aİ) ölkələrinin Azərbaycandakı səfirləri Rusiya ilə müharibənin başlanmasının ikinci ildönümündə Ukraynaya dəstəklərini bildiriblər. Bizim.Media xəbər verir ki, bu barədə Aİ-nin Azərbaycandakı səfiri Peter Mixalko "X" sosial şəbəkəsində yazıb. “Təşkilatın Azərbaycandakı səfirləri bütün Aİ-nin iki ildir Rusiyanın hərbi təcavüzünün qurbanı olan Ukraynaya sarsılmaz dəstəyini ifadə edirlər”, - o qeyd edib. Səfir vurğulayıb ki, Aİ Ukraynaya və onun xalqına lazım olduğu müddətcə siyasi, maliyyə, iqtisadi, humanitar, hərbi və diplomatik dəstək göstərməyə davam edəcək. Bizim.Media