Siyasət

Prezident Xocalıya getdi, soyqırımı memorialının təməlini qoydu

Azərbaycan Prezidenti İlham Əliyev fevralın 26-da Xocalı rayonunda Xocalı soyqırımı memorialının təməlini qoyub. Qaynarinfo xəbər verir ki, bu barədə Prezidentin Mətbuat xidməti məlumat yayıb. Qeyd olunub ki, dövlət başçısı eyni zamanda rayon ictimaiyyətinin nümayəndələri ilə görüşüb.