Siyasət

Dövlət başçısı: “Bu il həm Xocalıda, həm də Xankəndidə həyat bərpa ediləcək”

“Artıq beş yaşayış məntəqəsinə keçmiş köçkünlər qayıtmışlar. Bu il o yaşayış məntəqələrinin sayı 20-yə çatacaq.  Bizim.Media xəbər verir ki, bu fikirləri fevralın 26-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Xocalı rayon ictimaiyyətinin nümayəndələri ilə görüşü zamanı səsləndirib. “Bu il həm Xocalıda, həm Xankəndidə artıq həyat bərpa ediləcək, o cümlədən bu yaxın yerlərdə yerləşən Malıbəyli, Kərkicahan, Şuşanın Turşsu kəndləri də bərpa ediləcək, Ağdam şəhəri bərpa edilir və gələn il Ağdama da ilk köç başlanacaq, yəni quruculuq işləri geniş vüsət alıb”, - deyə dövlət başçısı əlavə edib. Bizim.Media