Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Xocalı soyqırımının ildönümü ilə əlaqədar Azərbaycan Prezidentinə və xalqına başsağlığı verib. Bizim.Media xəbər verir ki, bu barədə Ərdoğan ölkə başçısı ilə telefon danışığı zamanı danışıb. Dövlətimizin başçısı başsağlığına görə minnətdarlığını ifadə edib. Söhbət zamanı İlham Əliyevin prezident seçiləndən sonra ilk rəsmi səfərini Türkiyəyə etməsinin önəmi bir daha qeyd edilərək, bu səfərin əlaqələrimizin daha da möhkəmləndirilməsi işinə töhfə verdiyi vurğulanıb. Bizim.Media