Siyasət

Səudiyyə Ərəbistanının Həcc və ümrə naziri Azərbaycana gəlib - FOTO

Qafqaz Müsəlmanları İdarəsinin sədri, Şeyxülislam Allahşükür Paşazadənin dəvəti ilə Səudiyyə Ərəbistanı Krallığının Həcc və ümrə naziri Tofiq bin Fouzan əl-Rəbian Azərbaycana rəsmi səfərə gəlib. Bizim.Media xəbər verir ki, bu barədə Qafqaz Müsəlmanları İdarəsinin saytında məlumat verilib. Bildirilib ki, fevralın 26-da Heydər Əliyev Beynəlxalq Hava Limanında qonağın qarşılanma mərasimi olub. Səudiyyə Ərəbistanı Krallığının Həcc və ümrə naziri Tofiq bin Fouzan əl-Rəbianı səmimi salamlayan Şeyxülislam həzrətləri dəvəti qəbul etdiyinə görə minnətdarlıq edib. Səudiyyəli nazirin ölkəmizdə rəsmi görüşləri nəzərdə tutulub. Bizim.Media