Xarici işlər naziri Ceyhun Bayramov Azərbaycan və Ermənistan XİN başçıları arasında sülh sazişi layihəsi üzrə danışıqların növbəti raunduna ev sahibliyi etdiyi üçün Almaniya tərəfinə və nazir Annalena Berboka təşəkkür edib. Bizim.Media xəbər verir ki, bu barədə nazir rəsmi "X" hesabında qeyd edib. "Bu, Azərbaycanın sülhə sadiqliyini bir daha bəyan etməsi üçün yaxşı fürsət idi",- XİN başçısı bildirib. Bizim.Media