Siyasət
Paşinyan "göz yaşı tökdü: "Ermənistan 1996-cı ildən təkdir"
Ermənistan 1996-cı ildən təkdir.
Qaynarinfo xəbər verir ki, bu barədə fevralın 28-də Milli Assambleyanın hökumət saatında keçirilən iclasında Ermənistanın baş naziri Nikol Paşinyan bildirib.
Onun sözlərinə görə, ATƏT-in Lissabonda keçirilən sammitində Dağlıq Qarabağ problemi ilə bağlı sənədə veto qoymağa məcbur ediləndən bəri təkdir.
"Əgər o (Ermənistan-red.) tək olmasaydı, vetodan istifadə etməyə ehtiyac qalmazdı", deyə Nikol Paşinyan qeyd edib.
Nizami Bağırov