Əsgər Adil oğlu Rəsulov 2-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib. Bizim.Media xəbər verir ki, bu barədə Azərbaycan Prezidenti İlham Əliyev sərəncam imzalayıb. Qeyd edək ki, Əsgər Adil oğlu Rəsulov respublikamızda ilk dəfə 1989-cu ildə nəşr olunmuş və bu günə qədər hər dəfə yenidən işlənib təkmilləşdirilərək müxtəlif illərdə dörd dəfə nəşr edilən ilk "Türk dili" dərsliyinin (prof. R.Rüstəmovla birgə), eləcə də" Türk sənədli-bədii nəsri", "Tərcümə nəzəriyyəsi müstəvisində Türkiyə türkcəsi və Azərbaycan dili", "Türkcə-rusca-azərbaycanca dilçilik terminləri lüğəti", "Dilmanc" kimi 10-a yaxın kitabın, 15 fənn proqramının, Azərbaycanda və xaricdə nəşr edilmiş 100-dən artıq elmi və ədəbi-tənqidi məqalənin müəllifidir. O, 20-yə yaxın kitabın ixtisas və tərcümə redaktoru olub. O, 2018-ci ildən bəri Milli Arxiv İdarəsinin rəisi vəzifəsində çalışır. Bizim.Media