Siyasət

XİN başçısı: “Azərbaycan sülhün və sabitliyin möhkəmləndirilməsinə sadiqdir” - FOTO

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov III Antalya Diplomatiya Forumu çərçivəsində Türk Dövlətləri Təşkilatının (TDT) Baş katibi Kubanıçbek Ömüralıyevlə görüşüb. Bizim.Media xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyinin rəsmi “X” hesabında məlumat verilib. Məlumata görə, görüşdə Azərbaycanın sülhün və sabitliyin möhkəmləndirilməsinə, TDT çərçivəsində genişmiqyaslı əməkdaşlığın təşviqinə sadiq olduğu vurğulanıb. Eyni zamanda, TDT-yə üzv dövlətlər arasında ümumi inkişaf potensialının yaradılması müzakirə olunub. Bizim.Media