Fransanın paytaxtı Parisdə yerləşən Etnoqrafiya Muzeyi bura gələn hər kəsi dəhşətə salır. Çünki eksponatlar yalnız insan kəllələri və insan skletlərindən ibarətdir. Ümumilikdə, “İnsan muzeyi”ndə 18 mindən artıq insan kəlləsi nümayiş etdirilir. Kəlləsi sərgilənənlər isə bir zamanlar Afrika qitəsində yaşayan və Fransa işğalına qarşı mübarizə aparan şəxslərdir. Bundan başqa, eksponatlar arasında Fransa işğalına (1830-1962) qarşı mübarizə aparan Əlcəzair azadlıq müharibəsinin şəhid olan liderlərinin və üzvlərinin də skeletləri var. Muzey rəsmiləri sözügedən skeletlərin antropoloqlar tərəfindən tədqiqat üçün toplanıldığını desələr də, buna inananların sayı olduqca azdır.
Milyonların qanı üzərində qurulan ölkə Əminliklə deyə bilərik ki, beynəlxalq sistemin moderatorlarından və BMT-nin Təhlükəsizlik Şurasının 5 üzvündən biri olan Fransa insani və müharibə cinayətlərinin törədilməsində əsas rol sahibidir. Fransa təkcə Əlcəzairdə deyil, dünyanın başqa ünvanlarında da vəhşiliklər törədib. Ən pisi də odur ki, Fransa bu gün də Afrikanın 14 ölkəsindən müstəmləkə vergisi almaqda davam edir. 1524-cü ildən sonra Afrikanın 35 faizi 300 il Fransanın müstəmləkəsi olub. Fransızlar Afrikada təkcə sərvətləri talamayıb, həm də yerli xalqlara qarşı soyqırımı həyata keçiriblər. Hansı ölkə, hansı qəbilə başçısı Fransa müstəmləkəsinə qarşı çıxıbsa, onu insanlığa sığmayan şəkildə cəzalandırıblar. İşğal dövründə fransızlar yerli insanları ən şərəfsiz şəkildə alçaldıblar. Afrikalıların başını kəsib ondan top əvəzinə istifadə edən yeganə xalq məhz fransızlardır. On minlərlə qadına və uşaqlara qarşı təcavüz edən də onlardır. Bir sözlə, soyqırımları və insanlara qarşı ən dəhşətli şəkildə təcavüzləri fransızlar dəfələrlə sınaqdan keçiriblər. Afrikada 2 milyondan artıq insan fransızların birbaşa qurbanı olub. Onların 1,5 milyonu əlcəzairlilərdir. Sonuncu dəfə 1994-cü ildə Ruanda soyqırımında 800 minə yaxın afrikalının həyatına son qoyuldu. Bu qətliamın təşkilatçılarından biri də Fransa dövləti idi. Amma nə yazıq ki, Fransa bu günə kimi terrorçu dövlət kimi tanınmayıb. Fransa işğalına qarşı çıxan lidelərin dəhşətli aqibətləri Özünü demokratik, söz və fikir azadlıqlarına hörmət edən ölkə kimi təqdim edən Fransa işğala baş qaldıran koloniya liderlərini də repressiyalara məruz qoyub. Yada salaq ki, İkinci Dünya Müharibəsində zəif düşən və borc içində boğulan Fransa üzünü yenə Afrikaya tutdu. Fransızların milli qəhrəman elan etdikləri General Şarl de Qoll qısa zamanda Afrikada nəzarəti bərpa etdi. Bu zaman Fransaya itaət etməyən və vergi ödəməkdən imtina edən dövlət və hökümət başçıları ən sərt və qeyri-insani şəkildə cəzalandırılırdılar. Əhməd Sekou Məsələn, 1958-ci ilin yayında Şarl de Qollun Qvineyaya səfəri vaxtı izdiham qarşısında çıxış edən prezident Əhməd Sekou itaətsizlikdən danışdı. “Biz qanuni müstəqillik haqqımızdan əl çəkmirik və heç vaxt da imtina etməyəcəyik”. Bu çıxışdan sonra Şarl de Qolun o gecə Sekou ilə planlaşdırılan şam yeməyi ləğv edildi. Ertəsi gün prezident təyyarəsi ilə qonşu ölkə olan Seneqala uçan Əhməd Sekou qəzaya “düşdü”. Bu qəsdlə ürəyi soyumayan De Qoll Parisə qayıtdıqdan sonra koloniyanın bürokratiyasına tibbi və təhsil xidməti göstərən minlərlə fransız dövlət qulluqçusunu dərhal geri çağırdı. Fransanın bu addımı Qvineyanın təhsil və tibb sektorunda xaosun yaranmasına səbəb oldu. Samori Ture Fransa müstəmləkəsinə boyun əymək istəməyən Vasulu İmperiyasını idarə edən Samori Turenin də sonu heç də yaxşı olmayıb. Turenin əsli Qvineya dağlarında yaşayan bir qəbilədən idi. Onun 35 min nəfərlik ordusu fransız işğalçılarına uzun müddət müqavimət göstərdi. Lakin ağır müharibədə İmperatorluğu məhv edilən Ture uzaq bir ekvator koloniyası olan Qabondakı bir adaya sürgün edildi və orada öldü. Feliks-Roland Moumie Kamerunda müstəmləkəçiliyə qarşı olan yerli lider Feliks-Roland Moumie də fransız agentləri tərəfindən öldürüldülər. Belə ki, 1960-cı ildə azadlıq mübarizələrini dünyaya çatdırmaq üçün İsveçrəyə səfər edən Moumieni Cenevrədə radioaktiv talliumla zəhərlədilər. Silvanus Olimpio 1963-cü ildə Toqonun ilk prezidenti Silvanus Olimpio suveren pul vahidini buraxmaq qərarına gəldi. Bu qərar rəsmi Parisin qəzəbinə səbəb oldu. Və cəmi iki gün sonra Olimpio Fransanın təşkil etdiyi hərbi çevrilişdə öldürüldü. Silvanus Olimpionun özünün də fransız ordusunun 25 yaşlı çavuşu tərəfindən güllələndiyi bildirilir. Osende 1966-cı ildə Kamerun müqavimət hərəkatının lideri Osende Afananın fransız hərbçiləri tərəfindən başı kəsildi. O, sadəcə olaraq ölkəsində Fransa frankından imtina etməyi və Afrika valyutasının yaradılmasını istəmişdi. Tomas Şankara 1987-ci ildə Fransa işğalçıların növbəti qurbanı Burkina Faso inqilabçısı və prezidenti Tomas Şankara oldu. O, Fransanın hökmranlığının silahı kimi istifadə etdiyi CFA valyuta sisteminə qarşı çıxdığına görə öldürüldü. Muəmmar Qəddafi 2011-ci ildə Liviyanın lideri Muəmmar Qəddafinin ölkəsinin qızıl dinarına əsaslanan vahid valyuta yaratmaq və Afrika İttifaqı yaratmaq istədiyinə görə hakimiyyətdən devrildi və təhqiramiz şəkildə öldürüldü. İdris Debi 1990-cı ildən etibarən Qabona rəhbərlik edən marşal İdris Debi 2021-ci ilin aprelində Fransanın sərt pul siyasətinə etiraz etdiyinə görə fransız əsgəri tərəfindən öldürüldü. İşğalın etirafı Ümumilikdə isə son 50 ildə 26 Afrika ölkəsində 67 dövlət çevrilişi olub. Bu 26 ölkədən 16-sı keçmiş Fransa koloniyaları idi. Sonda onu qeyd edək ki, Fransanın bu gün ayaqda durmasının səbəbi Afrikadan gələn milyardlardır. Təsadüfi deyil ki, Fransanın keçmiş prezidenti Jak Şirak bildirib ki, Afrika olmasaydı, Fransa üçüncü dərəcəli güc səviyyəsinə enərdi: “Fransızlar banklarındakı külli miqdarda pulun məhz keçmiş Afrika koloniyalarının istismarından gəldiyini unutmamalıdırlar”. Daha bir sabiq prezident Fransua Mitteran proqnozlaşdırmışdı: “Afrikasız Fransanın 21-ci əsrdə tarixi olmayacaq”. Artıq şərhə yer yoxdur. Surxay Atakişiyev, Bizim.Media