Siyasət
Hakan Fidan Lavrovla hansı məsələləri müzakirə edib? (ŞƏRH)
"Hakan Fidan-Sergey Lavrov görüşü iki ölkə arasında münasibətlərib inkişaf etdirilməsi baxımından faydalı idi".
Bunu Qaynarinfo-ya açıqlamasında politoloq Taleh Əliyev Antalya Diplomatiya Forumu çərçivəsində Rusiya və Türkiyə XİN başçılarının görüşünü şərh edərkən deyib.
Onun sözlərinə görə, Antalya Diplomatiya Forumunda Türkiyə və Rusiya xarici işlər nazirləri arasında keçirilən görüşdə əsasən ikitərəfli münasibətlər və Yaxın Şərq, Cənubi Qafqaz və Ukrayna məsələləri ətrafında müzakirələr aparılıb:
"Bu müzakirələr zamanı Hakan Fidan Rusiya hazır olduğunu bildirdiyi təqdirdə, Ankaranın yenidən Moskva ilə Kiyev arasında vasitəçiliyə hazır olduğunu bəyan edib. O cümlədən, Cənubi Qafqazıa bağlı detalları geniş müzakirə olunmayan məsələ də tərəflərin diqqət mərkəzində olub. Ardınca, Lavrovun Azərbaycan-Ermənistan münasibətləri ilə bağlı verdiyi açıqlamalar da danışıqlarda əsas mövzu olub. Yaxın Şərqdəki vəziyyət, yaranmış humanitar böhranın aradan qaldırılması ilə bağlı Ankaranın səyləri də müzakirə predmeti olub. Həmçinin, Suriyadakı mövcud vəziyyət də dəyərləndirilib. Əsas aparıcı istiqamət isə Türkiyə ilə Rusiya arasındakı dövlətlərarası münasibətlər olub. İki ölkə arasında iqtisadi ticari əlaqələr xeyli artıb. Rusiya mütəxəssisləri tərəfindən Türkiyədə inşa edilən atom elektrik stansiyasının artıq iki bloku istismara verilib".
Qeyd edək ki, Türkiyə xarici işlər naziri Hakan Fidan Antalya Diplomatiya Forumu çərçivəsində rusiyalı həmkarı Sergey Lavrovla görüşüb. Görüş zamanı Qafqazdakı sülh prosesini müzakirə edib. Həmçinin Qara dənizdəki vəziyyət, Suriyada baş verənlər və digər məsələlər ətrafında da fikir mübadiləsi aparılıb.
Rüfət Sultan