Siyasət

Azərbaycan ilə Türkiyə arasında hərbi əməkdaşlığın inkişaf perspektivləri müzakirə olunub - FOTO

Martın 6-da qardaş ölkədə rəsmi səfərdə olan Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənovun rəhbərlik etdiyi nümayəndə heyəti Türkiyə Respublikasının Silahlı Qüvvələrin Baş Qərargah rəisi ordu generalı Metin Gürak ilə görüşüb. Müdafiə Nazirliyinin mətbuat xidmətindən Bizim.Media-ya bildirilib ki, görüşdə Azərbaycan-Türkiyə münasibətlərinin dostluq və qarşılıqlı inam üzərində qurulduğu qeyd edilib, ölkələrimiz arasında mövcud olan əməkdaşlığın bölgədəki sabitliyi təmin edən əsas amillərdən biri olduğu vurğulanıb. Sonda Azərbaycan ilə Türkiyə arasında hərbi əməkdaşlığın inkişaf perspektivləri və qarşılıqlı maraq doğuran bir sıra məsələlər müzakirə olunub. Bizim.Media