“7 Fevral 2024-cü ildə keçirilən prezident seçkilərini müşahidə edən beynəlxalq qurumlar tərəfindən Mərkəzi Seçki Komissiyasına məktublar daxil olur. Həmin qurumlar seçkilərin yüksək səviyyədə keçdiyini bildirirlər”. Bizim.Media xəbər verir ki, bunu Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov qurumun bu gün keçirilən iclasında deyib. O qeyd edib ki, sözügedən qurumlar seçkilərin yüksək səviyyədə keçdiyini vurğulayıblar: "Seçkilərin şəffaf və ədalətli keçirilməsi üçün lazım olan bütün addımlar atılmışdı". Məhərrəm Əliyev, Bizim.Media