Siyasət

Muxtar Babayev: “COP29-a hazırlıq prosesi çərçivəsində növbəti səfər Çinə olacaq”

“COP29-a hazırlıq prosesi çərçivəsində növbəti səfərimiz Çinə olacaq”. Bizim.Media xəbər verir ki, bu barədə ekologiya və təbii sərvətlər naziri, COP29-un müəyyən edilmiş prezidenti Muxtar Babayev COP29 ilə əlaqədar Təşkilat Komitəsinin ikinci iclasında məlumat verib. Muxtar Babayev bu mötəbər tədbirə hazırlıq prosesi çərçivəsində daha çox səfər və görüşün təşkil olunacağını qeyd edib. O, ölkəmizin COP29-a sədrliyindən irəli gələn məsələlərin müzakirəsi məqsədilə Türkiyə, Almaniya, BƏƏ və Keniyaya səfərləri, xarici ölkələrin və beynəlxalq təşkilatların iqlim məsələlərinə məsul rəsmi şəxsləri ilə keçirdiyi görüşlər barədə məlumat verib.  Bizim.Media