“İslamofobiyaya qarşı mübarizə aparmaq üçün siyasi və beynəlxalq addımlar lazımdır. Bizim.Media Azərtac-a istinadla xəbər verir ki, bu sözləri Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin (BMTM) İdarə Heyətinin sədri Fərid Şəfiyev “Müxtəlifliyin qorunması: 2024-cü ildə İslamofobiya ilə mübarizə” mövzusunda Bakıda keçirilən beynəlxalq konfransda söyləyib. O bildirib ki, hazırda qlobal mediada ayrı-seçkilik görünür: “Bizim təşkilatçılıq etdiyimiz tədbirlər Qərbdən idarə olunan media qurumları tərəfindən mütəmadi olaraq tənqid edilir”. Bizim.Media