Qazax və Azərbaycan xalqları bir çox sınaqlardan keçiblər. Bizim ortaq köklərimiz, yaxın dillərimiz, oxşar mədəniyyətlərimiz var. Bizim.Media xəbər verir ki, bunu Qazaxıstan Respublikasının Prezidenti Kasım-Jomart Tokayevin Azərbaycana dövlət səfərindən öncə Azərbaycan mətbuatına müsahibəsində deyib. "Biz bu gün birgə gələcəyimizi birlikdə qururuq. Tarixi uzaq əsrlərə gedib çıxan bu bayram birliyin, sülhün, harmoniyanın, dövrlərin və nəsillərin qırılmaz əlaqəsinin təcəssümüdür. Novruz bayramı ümumi irsimiz olmaqla Qazaxıstan və Azərbaycan xalqlarının mənəvi yaxınlığının möhkəmlənməsində mühüm rol oynayır", - Tokayev vurğulayıb. Bizim.Media