Siyasət

Qazaxıstan Prezidenti Azərbaycana gəlir

Qazaxıstan prezidenti Kasım Jomart-Tokayev martın 11-12-də Azərbaycan Respublikasına səfər edəcək. Bizim.Media xəbər verir ki, bu barədə exclusive.kz saytı yazıb. “Səfər çərçivəsində Tokayev Prezident İlham Əliyevlə danışıqlar aparacaq və Qazaxıstan-Azərbaycan Ali Dövlətlərarası Şurasının birinci iclasında iştirak edəcək”, - deyə mənbə qeyd edib. Xatırladaq ki, İlham Əliyev fevralın 7-də yenidən Azərbaycan prezidenti seçilib. Həmin gün Kasım-Jomart Tokayev İlham Əliyevi telefonla təbrik edib. Fevralın 14-də İlham Əliyev andiçmə mərasimində çıxış edərək “Türk Dövlətləri Təşkilatı bizim ailəmizdir” deyib.  Qazaxıstan Prezidenti 2023-cü ilin dekabrında İlham Əliyevi ad günü münasibətilə təbrik edən zaman 2024-cü ildə Azərbaycana səfər etməyi planlaşdırdığını təsdiqləyib. Bizim.Media