Siyasət

Paşinyan: “Azərbaycanla delimitasiya prosesi Tavuşdan başlaya bilər”

"Ermənistanla Azərbaycan arasında sərhədin delimitasiyası prosesi Tavuş (Dilican mahalı - red.) rayonundan başlaya bilər”. Qaynarinfo xəbər verir ki, bunu Ermənistanın baş naziri Nikol Paşinyan deyib. O, yaxın vaxtlarda Tavuşa gedəcəyini vəd edib. Paşinyanın sözlərinə görə, bu məsələ ilə bağlı qərar qəbul edərkən vəziyyətin tam təhlilindən çıxış etmək lazımdır. İrəvan hesab edir ki, Azərbaycanla sərhədin delimitasiyası və demarkasiyası prosesinə yaxın vaxtlarda başlanılmalıdır.