Siyasət

Yunanıstan Prezidenti İlham Əliyevi təbrik etdi

Yunanıstan Respublikasının Prezidenti Katerina Sakellaropulu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu göndərib. Bizim.Media xəbər verir ki, məktubda deyilir: "Zati-aliləri. Sizi seçkilərdə qələbəniz münasibətilə təbrik edirəm. Sizi əmin edirəm ki, Yunanıstan xalqlarımızın mənafeyi, eləcə də daha geniş regionda sabitlik naminə qarşılıqlı maraq doğuran bütün sahələrdə ikitərəfli əməkdaşlığımızı inkişaf etdirmək istəyir. Zati-aliləri, xahiş edirəm ən yüksək ehtiramımı qəbul edəsiniz". Bizim.Media