Gürcüstanın baş naziri İrakli Kobaxidze Azərbaycan və Ermənistanın bu ölkədəki səfirləri Faiq Quliyev və Aşot Smbatyanla görüşüb. Bizim.Media xəbər verir ki, bu barədə Gürcüstan mətbuatı məlumat yayıb. Bildirilib ki, baş nazir bölgədəki mövcud vəziyyəti səfirlərlə müzakirə edərək, sülh və sabitliyin vacibliyini vurğulayıb. O, həmçinin ölkələr arasında strateji tərəfdaşlıq, sıx dostluq münasibətlərinə toxunub, müxtəlif sahələrdə əməkdaşlığın daha da dərinləşdirilməsinin vacibliyinə toxunub. Bizim.Media