Siyasət

Çin rəsmisi: “Azərbaycanla əməkdaşlıq və Orta Dəhliz ölkəmiz üçün böyük əhəmiyyətə malikdir”

“Azərbaycan ilə Çin arasında əlaqələrin qarşılıqlı etimad əsasında inkişaf edir. İkitərəfli münasibətlər çox yaxşı səviyyədədir”. Bizim.Media xəbər verir ki, bu barədə Çin Hökumətinin Avropa məsələləri üzrə xüsusi nümayəndəsi Vu Honqbo Azərbaycan Prezidenti İlham Əliyev ilə görüş zamanı deyib. Qonaq “Bir kəmər, bir yol” layihəsi çərçivəsində Azərbaycan-Çin əməkdaşlığını və Orta Dəhlizin ölkəsi üçün böyük əhəmiyyətə malik olduğunu qeyd edib. O, Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin XI Qlobal Bakı Forumunun əhəmiyyətini vurğuladı, bu çərçivədə də mühüm müzakirələrin aparılacağını qeyd edib. Görüşdə beynəlxalq təşkilatlar çərçivəsində Azərbaycanla Çinin qarşılıqlı dəstəyi və bu xüsusda əməkdaşlıq, həmçinin ölkələrimiz arasında mədəni-humanitar sahələrdə əməkdaşlığın genişləndirilməsi yüksək qiymətləndirilib. Bizim.Media