Siyasət

Türkiyənin xarici işlər naziri Azərbaycana gələcək

Türkiyənin xarici işlər naziri Hakan Fidan Azərbaycana səfər edəcək. Bizim.Media xəbər veirr ki, bu barədə Türkiyə Xarici İşlər Nazirliyinin sözçüsü Öncü Keçeli məlumat verib. O deyib ki, Hakan Fidanın Bakıya səfəri sabah İraqın paytaxtı Bağdaddakı görüşlərdən sonra baş tutacaq. Türkiyəli nazir Türkiyə, Azərbaycan və Gürcüstan xarici işlər nazirlərinin üçtərəfli şurasının 9-cu iclasında iştirak edəcək. Bizim.Media