“Azərbaycan, Türkiyə və Gürcüstan kritik, etibarlı və davamlı tərəfdaşlar olaraq əsl körpü qurucuları kimi çıxış edir”. Bizim.Media xəbər verir ki, bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Bakıda Türkiyə və gürcüstanlı həmkarları Hakan Fidan və İliya Darçiaşvili ilə keçirilən görüşü zamanı bildirib. Nazir vurğulayıb ki, bu görüş hər üç ölkəyə qarşılıqlı maraq doğuran sahələrdə əməkdaşlıqdan faydalanmağa imkan verir: “Eyni zamanda, əməkdaşlığımız regional və qlobal təhlükəsizlik və sabitliyə töhfə vermək baxımından da son dərəcə dəyərlidir. Azərbaycan, Türkiyə və Gürcüstan kritik, etibarlı və davamlı tərəfdaşlar olaraq əsl körpü qurucuları kimi çıxış edir və hər zaman müşahidə edilən geosiyasi qarışıqlığın nəticələrini yumşaltmaq üçün qlobal səylərin önündə dayanırlar. Bundan əlavə, son dörd ildə Azərbaycanın beynəlxalq səviyyədə tanınmış statusunun yeni reputasiyası nəticəsində regional vəziyyətdə tarixi dəyişikliklər baş verib. Azərbaycan isə regionda özünəməxsusluğu qoruyub saxlayır". Bizim.Media