Siyasət

Quru sərhədlərlə bağlı yenilik olacaq? - Baş nazir AÇIQLADI

“Quru sərhədlərinin bağlı olmasını ümumdaxili məhsulla bağlamaq düzgün deyil”.  Bizim.Media xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında Baş nazir Əli Əsədov deyib.  Baş nazir bildirib ki, 2020-ci ilin mart ayından Azərbaycanın quru sərhədləri bağlanıb:  “Bu, mənim Baş nazir kimi səlahiyyətimdir, mən buna imza atmışam. Bu yaxınlarda sərhədlərin yenə də 3 aylıq bağlı qalmasına qərar verilib”.  Baş nazir xatırladıb ki, 2021-ci ildə quru sərhədləri bağlı olsa da, ÜDM-in artımı 5,6 faiz, 2022-ci ildə isə 5,7 faiz olub.  Bizim.Media