Azərbaycan Respublikasının Prezidentinin köməkçisi Hikmət Hacıyev İranın Azərbaycandakı səfiri Seyid Abbas Musəvi ilə görüşüb. Bizim.Media xəbər verir ki, bu barədə səfir özünün "X" hesabında məlumat verib. Məlumata görə görüşdə Qəzza regionunda baş verən son hadisələri və ikitərəfli əlaqələri nəzərdən keçirilib. Həmçinin iki qonşu dövlət arasında münasibətlərdə yeni fəsil açılmasının vacibliyi vurğulanıb. Bizim.Media