Texnologiya
"Google" öz çatbotuna seçkilər haqqında danışmağı qadağan etdi
"Gemini" çatbotu heç bir ölkədə seçkilərlə bağlı heç bir suala cavab verməyəcək.
Qaynarinfo bu barədə NV-yə istinadla xəbər verir.
Bu il ABŞ, Cənubi Afrika və Hindistan da daxil olmaqla bir neçə böyük ölkədə milli seçkilər keçirilməlidir. "Google" belə vacib bir mövzuda ehtiyatlı olmaq qərarına gəlib və "Gemini" çatbotunun cavab verə biləcəyi seçki ilə bağlı sorğuları məhdudlaşdırıb.
"2024-cü ildə bütün dünyada keçiriləcək bir çox seçkilərə hazırlaşarkən çox ehtiyatlı davranaraq, "Gemini"yə veriləcək seçki ilə bağlı sorğuların növlərini məhdudlaşdırırıq", deyə "Google" sözçüsü "Reuters"ə şərhində deyib.
İndi "Google" çatbot, hər hansı bir ölkədə seçkilər haqqında danışmaq istəyinə cavab olaraq qeyd edir ki, "bu cür suallara hələ necə cavab verəcəyini bilmir”. İstifadəçilər bunun əvəzinə "Google Axtarış"dan istifadə etməyə təşviq edilir.
Keçən ilin dekabrında "Google" ilin əvvəlində "Bard" adlanan "Search Generative Experience" və "Gemini" daxil olmaqla, süni intellect (Al) məhsullarında seçki ilə bağlı sorğuları məhdudlaşdıracağını qeyd etdi. Hər iki halda şirkət onun tətbiq etdiyi məhdudiyyətlərin yalnız konkret ölkədə keçiriləcək seçkilərə, yoxsa bütövlükdə seçkilərə şamil ediləcəyini dəqiqləşdirməyib.
Alpər