Böyük Britaniyanın Azərbaycandakı səfiri və səfirliyin əməkdaşları Novruz bayramını qeyd ediblər. Bizim.Media xəbər verir ki, səfir Fergus Auld bununla bağlı "X" hesabında video paylaşıb. O, paylaşımda qeyd edib: "Səfirliyin və Britaniya Şurasının əməkdaşları ilə bayramı qeyd etdik. Novruz bayramınız mübarək!" Səfir və səfirliyin əməkdaşları boyalı yumurta döyüşdürüb, tonqal ətrafında "Yallı" gedib, tonqal üzərindən atlayıblar.
Bizim.Media