Siyasət

İlham Əliyev Putinə başsağlığı VERİB

Azərbaycan Prezidenti İlham Əliyev Moskvadakı terror aktı ilə bağlı Vladimir Putinə başsağlığı verib.  Bizim.Media xəbər verir ki, dövlət başçısının Rusiya Prezidentinə ünvanladığı başsağlığı mətnində qeyd olunub: Hörmətli Vladimir Vladimiroviç, “Crocus City Hall” konsert zalında baş vermiş dəhşətli terror aktı xəbəri bizi dərindən sarsıtdı.

Bu terror aktını şiddətlə qınayır, Azərbaycan xalqı adından və şəxsən öz adımdan Sizə, Rusiya xalqına və həlak olmuş şəxslərin ailələrinə və yaxınlarına səbir, yaralalanlara isə tezliklə şəfa diləyirəm. İlham Əliyev Azərbaycan Respublikasının Prezidenti Bakı, 22 mart 2024-cü il Bizim.Media