Texnologiya
Çin Intel və AMD çiplərinin dövlət sektorunda istifadəsini bloklayır - FT
Çin hökuməti kompüter avadanlığının dövlət satın alınması zamanı Amerika istehsalı olan fərdi kompüterlərin və serverlərin dövlət strukturlarında istifadədən tədricən çıxarılması və onların yerli analoqları ilə əvəz edilməsinə yönəlmiş tələbləri gücləndirib.
Qaynarinfo xəbər verir ki, bu barədə "Financial Times" məlumat yayıb.
Daha sərt qaydalar Amerikanın "Intel" və AMD şirkətlərinin mikroprosessorlarından imtina etməyə, həmçinin "Microsoft Windows" əməliyyat sistemindən və verilənlər bazası idarəsi üçün xaricdə istehsal olunan proqram təminatından uzaqlaşmağa yönəlib.
Tövsiyələr Çinin nazirliklərində və şəhər səviyyəsinə qədər olan dövlət idarə və təşkilatlarında, habelə dövlət müəssisələrində və Çin Kommunist Partiyasının mərkəzi və regional partiya strukturlarında istifadə olunan kompüterlər və serverlərə şamil edilir.
Satınalma qaydalarına edilən ən son dəyişikliklər Çinin xarici texnologiya üçün yerli əvəzedicilər yaratmaq və Çinin ABŞ İT sektoruna çıxışını məhdudlaşdırmaq və yerli ABŞ şirkətlərindən daha çox məhsul satın almağa təşviq etmək üçün ABŞ-ın oxşar addımlarını təkrarlamaqdır.
Nəşr qeyd edir ki, yeni təlimat Çin hökuməti tərəfindən ötən il dekabrın sonunda elan edilib və prosessorların və əməliyyat sistemlərinin (ƏS) təhlükəsizliyi və etibarlılığının alınması zamanı prioritet nəzərə alınması tələblərini özündə əks etdirir.
Eyni zamanda, Çin Dövlət İnformasiya Texnologiyaları Təhlükəsizliyinin Qiymətləndirilməsi Mərkəzi 18 eksklüziv Çin şirkətinin məhsullarını, o cümlədən "Huawei" və hökumət tərəfindən dəstəklənən "Phytium" qrupunun qara siyahısına düşən çipləri əhatə edən təhlükəsiz prosessorların və əməliyyat sistemlərinin siyahısını dərc etdi.
"Intel" və AMD üçün Çin tənzimləyicisi tərəfindən təsdiqlənmiş siyahıya düşmək çətindir. Çünki təsdiq almaq üçün onlar öz məhsulları üçün tam sənədlər paketi və R&D kodunu təqdim etməli, həmçinin məhsullarının dizaynı, inkişafı və istehsalının Çində yüksək səviyyədə lokallaşdırılmasını göstərməlidirlər.
Çin hökumətinin xarici aparat və əməliyyat sistemlərindən uzaqlaşması dünyanın dominant kompüter prosessor istehsalçıları "Intel" və AMD-dən başlayaraq Çindəki Amerika şirkətlərini vuracaq.
Çin keçən il "Intel"in ən böyük bazarı olub, onun 54 milyard dollarlıq satışlarının 27%-ni və AMD-nin 23 milyard dollarlıq satışlarının 15%-ni təşkil edib.
"Microsoft" Çindəki satışları açıqlamır, lakin prezident Brad Smit keçən il ABŞ Konqresində demişdi ki, Çin şirkətin gəlirinin 1,5%-ni təmin edib.
Çində yerləşən "Zheshang Securities" analitiklərinin hesablamalarına görə, hökumət, partiya orqanları və səkkiz əsas sənayedə İT infrastrukturunu əvəz etmək üçün 2023-2027-ci illərdə ən azı 660 milyard yuan (91 milyard dollar) investisiya etməlidir.
Aydın