Siyasət
ABŞ rəsmisi Paşinyan-Blinken görüşü ilə bağlı sualdan yayındı
Vaşinqtonun Ermənistan və Azərbaycanla təmasları hər iki ölkəni mövcud fikir ayrılıqlarını aradan qaldırmağa və davamlı sülh sazişi əldə etməyə təşviq etmək məqsədi daşıyır.
Qaynarinfo xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamentinin sözçüsü Metyu Miller brifinqdə bildirib.
Dövlət Departamentinin nümayəndəsi Ermənistanın baş naziri Nikol Paşinyanla ABŞ dövlət katibi Entoni Blinkenin Brüsseldə keçiriləcək görüşdə hansı məsələləri müzakirə edəcəyi ilə bağlı suala belə cavab verib:
"Mən Ermənistan və Azərbaycan hökumətləri ilə məqsədimizin hər iki ölkəni fikir ayrılıqlarını aradan qaldırmaq və davamlı sülh sazişi əldə etmək üçün işləməyə təşviq etməkdən başqa, bu barədə ətraflı danışmayacağam".
Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryanın daha əvvəl bildirib, apreldə Belçikanın paytaxtında Ermənistanın baş naziri Nikol Paşinyan, Avropa Komissiyasının sədri Ursula fon der Leyen və ABŞ dövlət katibi Entoni Blinkenin iştirakı ilə görüş keçiriləcək.
Aydın