Siyasət

Moskvada Bakı və İrəvan arasında normallaşma müzakirə edildi

Martın 29-da Moskvada Azərbaycan xarici işlər nazirinin müavini Elnur Məmmədov rusiyalı həmkarı Mixail Qaluzin ilə görüşüb. Qaynarinfo xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyi məlumat yayıb. Görüş zamanı Rusiya-Azərbaycan münasibətlərinin vəziyyəti və perspektivləri əsaslı şəkildə nəzərdən keçirilib. Tərəflər Cənubi Qafqazdakı hazırkı vəziyyət, Azərbaycan, Ermənistan və Rusiya liderləri arasında üçtərəfli sazişlər əsasında Ermənistan-Azərbaycan münasibətlərinin normallaşması perspektivləri də daxil olmaqla bir sıra regional və beynəlxalq mövzulara toxunublar.