Siyasət
Elçin Yusubov: "Təəssüf ki, böyük dövlətlər Xocalı soyqırımına biganə qalıblar"
Təəssüf ki, böyük dövlətlər Xocalı soyqırımına biganə qalıblar.
Bunu Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Elçin Yusubov deyib.
Onun sözlərinə görə, bunun nəticəsi idi ki, cəzasızlıqlarını hiss edən erməni separatçıları öz cinayətkar əməllərini davam etdirirdilər: "Xocalı soyqırımına siyasi qiymətin verilməsi, cinayətkarların məsuliyyətə cəlb edilməsi və dünyanın bu faciəyə diqqətinin yönəldilməsi istiqamətində ilk və qətiyyətli addımlar Ümummilli Lider Heydər Əliyevin adı ilə bağlıdır”.//Report.az