Türkiyənin müdafiə sənayesi komitəsinin sədri Haluk Görgün Azərbaycana səfər edəcək. Bu barədə Bizim.Media-ya Türkiyənin Azərbaycandakı səfirliyindən məlumat verilib. Qeyd olunub ki, səfər 1-2 aprel tarixlərində baş tutacaq. Səfər çərçivəsində Haluk Görgünün Azərbaycanın müdafiə naziri Zakir Həsənov, müdafiə sənayesi naziri Vüqar Mustafayev və müdafiə nazirinin müavini Aqil Qurbanov ilə görüşməsi nəzərdə tutulub. Bizim.Media