Siyasət

Paşinyan təzyiqlərə dözmədi: İstefa verir, növbədənkənar seçki keçirir - KİV

Ermənistanın baş naziri Nikol Paşinyan sentyabrda növbədənkənar parlament seçkiləri keçirmək qərarına gəlib. Qaynarinfo xəbər verir ki, bu barədə armlur.am yazıb. Nəşr qeyd edib ki, bununla bağlı Paşinyan təcili partiya toplantısı keçirib. "Azərbaycanın keçmiş anklavlarla bağlı tələbləri o qədər güclənib ki, Paşinyan vəziyyəti sakitləşdirmək üçün istefa vermək qərarına gəlib. Baş nazir hesab edir ki, bu, məhz onun "xilas"ıdır", deyə nəşr qeyd edib. Qəzetin yazdığına görə, seçkilər sentyabrın 10-da keçirilməlidir. Aydın