Digər

Erməni siyasi şərhçi etiraf etdi: "İrəvan bizə məxsus deyil"

"Bu gün hakimiyyətdə olanlar deyirlər ki, təkcə Qarabağ (sabiq qondarma rejim) deyil,  Tavuşun kəndləri də (Qazaxın işğalda olan 7 kəndi) bizim olmayıb". Bizim.Media "hraparak.am" saytına istinadən xəbər verir ki, bunu Rusiya-Ermənistan Universitetinin müəllimi, siyasi şərhçi Anjela Elibeqova deyib. "Sabah da bildirəcəklər ki, İrəvan bizə məxsus deyil", deyə o, qeyd edib. Xatırladaq ki, Qarabağın, Zəngəzur və Göyçə mahallarının, o cümlədən Qazaxdan Göyçə gölünədək olan ərazilərin (Qaraqoyunlu dərəsi, Dilican və Karvansaray rayonları) Ermənistana heç bir aidiyyatı olmayıb. 1918-ci ildə Ermənistan öz müstəqilliyini elan edəndə həmin torpaqlar Azərbaycanın tərkibində olub. Ancaq zaman-zaman Sovet İttifaqının ermənipərəst "liderləri" o əraziləri Ermənistana birləşdirib. Bizim.Media