“Ermənilərin yerləşdirdiyi minalar günahsız azərbaycanlı mülki əhalinin həyatını təhdid etməkdə davam edir. Bu gün dörd azərbaycanlı mülki şəxs növbəti mina partlayışının qurbanı olub”. Bizim.Media xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin rəsmi "X" hesabında bildirilib.
Qeyd edilib ki, Ermənistanın Azərbaycanın işğaldan azad edilmiş ərazilərində minaların dəqiq xəritələrini təqdim etməkdən imtina etməsi irimiqyaslı reabilitasiya və yenidənqurma işləri, habelə məcburi köçkünlərin geri qaytarılması prosesini ləngidir və regionda sülh quruculuğu səylərini sarsıdır: “Beynəlxalq ictimaiyyət Azərbaycanda mina təhlükəsinin aradan qaldırılması üçün səyləri birləşdirməlidir”.
Bizim.Media