Siyasət
Prezident: "Fransanın xarici işlər naziri yalan danışıb"
Prezident İlham Əliyev Fransa xarici işlər nazirinin yalan danışdığını deyib.
Qaynarinfo xəbər verir ki, bunu Azərbaycan Prezidenti ABŞ dövlət katibi Entoni Blinkenlə telefon danışığı zamanı deyib.
Prezident İlham Əliyev aprelin 2-də Parisdə Entoni Blinken ilə keçirilmiş mətbuat konfransında Fransa xarici işlər nazirinin yalan danışaraq, Azərbaycanı Ermənistanın ərazi bütövlüyünü tanımamaqda və Ermənistana qarşı təhlükə mənbəyi olmaqda ittiham etdiyini bildirib.