"Səfəriniz (Konqo Respublikasının Prezidenti Deni Sassu-Nqessonun – red.) gələcək əməkdaşlığımıza da çox müsbət təsir göstərəcəkdir. Bizim siyasi əlaqələrimiz daha da möhkəmlənəcək". Bizim.Media xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev Konqo Respublikasının Prezidenti Deni Sassu-Nqesso ilə geniş tərkibdə görüşdə söyləyib. Əldə edilmiş razılaşmaların icrası nəticəsində ticarət dövriyyəsində müsbət dinamikanın yaranacağına ümid etdiyini bildirən dövlətimizin başçısı deyib: “Energetika və kənd təsərrüfatı sektorlarındakı əməkdaşlıq haqqında biz Sizinlə bu gün geniş fikir mübadiləsi aparmışıq və yenə də fikir ayrılığı yoxdur. COP29-la bağlı birgə işləməyə hazırıq”. Bizim.Media