Siyasət

Ceyhun Bayramov Çavuşoğlu ilə regional vəziyyəti MÜZAKİRƏ EDİB - FOTO

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Mövlud Çavuşoğlu ilə görüşüb. Bizim.Media xəbər verir ki, bu barədə nazirin rəsmi “X” hesabında məlumat verilib. “Bu gün Türkiyə Böyük Millət Məclisinin NATO PA-dakı nümayəndə heyətinin rəhbəri, qardaşım Mövlud Çavuşoğlu ilə faydalı görüşümüz baş tutdu. Müttəfiqlik münasibətlərimizin möhkəmləndirilməsi, çoxtərəfli əməkdaşlıq, postmünaqişə dövründə regional vəziyyətlə bağlı ətraflı fikir mübadiləsi apardıq”, - deyə XİN başçısı qeyd edib. Bizim.Media