Siyasət
Cavanşir Feyziyevə yeni vəzifə verildi
Azərbaycan-Şimali Kipr Türk Cümhuriyyəti parlamentlərarası əlaqələr üzrə işçi qrupu yaradılıb.
Qaynarinfo xəbər verir ki, Milli Məclisin bu gün keçirilən iclasında "Azərbaycan Respublikası Milli Məclisinin parlamentlərarası əlaqələr üzrə işçi qruplarının rəhbərlərinin seçilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin Qərarında dəyişikliklər edilməsi barədə” qərar layihəsi təsdiqlənib.
Layihəyə əsasən, Cavanşir Feyziyev Azərbaycan-Şimali Kipr Türk Cümhuriyyəti parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri təyin edilib.
Qafqaz Rafiqoğlu