Azərbaycanda 9 uşaq və gənc tamaşaçılar teatrı fəaliyyət göstərir. Bu barədə Bizim.Media-nın sorğusuna cavab olaraq Dövlət Statistika Komitəsindən (DSK) məlumat verilib. Məlumata görə, ötən il ərzində 1208 tamaşa nümayiş olunub. Teatra gələnlərin sayı isə 116 min nəfər olub. Xatırladaq ki, Prezident İlham Əliyevin 2020-ci ildə təsdiq etdiyi “Azərbaycan Respublikasının Uşaqlara dair 2020–2030-cu illər üçün Strategiyası”nda uşaq teatrlarına gedən, həmçinin uşaq dərnək və kollektivlərində iştirak edən uşaqların sayının azaldığı qeyd olunub.
Odur ki, uşaqların mədəni-estetik inkişafı, asudə vaxtının düzgün və səmərəli təşkilinin gücləndirilməsi vacibdir. Bu sahədə dövlət və qeyri-dövlət sektorunun aktiv fəaliyyəti üçün mexanizmlərin işlənib hazırlanmasına ehtiyac var. Günay Şahmar, Bizim.Media