“Avroviziya 2026”nın qalibi, Bolqarıstan təmsilçisi və “Bangaranga” ifaçısı Dara yarışmaya qatılmaqdan iki dəfə imtina etməyi düşündüyünü bildirib. Bizim.Media “BBC News”a istinadən xəbər verir ki, 27 yaşlı müğənni yeni diaqnoz qoyulmuş ADHD səbəbilə psixi sağlamlığının pisləşəcəyindən ehtiyat edərək yarışmadan çəkilmək istəyib.
“Eurovision” müsabiqəsinin yüksək təzyiqli və gərgin bir yarışma olduğunu deyən sənətçi, psixoloji dəstək almasının bu prosesi idarə etməsində mühüm rol oynadığını bildirib. Dara terapevtlə işlədiyini, nəfəs məşqləri, meditasiya və gündəlik yazmaq kimi üsulların ona kömək etdiyini qeyd edib. O bildirib ki, bütün gərginliyə baxmayaraq, səhnədə özünü əvvəlkindən daha sakit və güvənli hiss edib və yarışma zamanı emosional sabitliyini qorumağa nail olub. Dara sonda gələcək planlarından danışaraq sağlamlıq və şəxsi həyatın karyera uğurundan daha vacib olduğunu vurğulayıb. Xədicə Paşayeva, Bizim.Media