Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Ramin Məmmədov Türkiyənin Azərbaycandakı səfiri Cahit Bağçını qəbul edib. Bizim.Media xəbər verir ki, bu barədə Türkiyənin Azərbaycandakı səfirliyinin rəsmi "X" hesabında məlumat verilib. "Səfirimiz Cahit Bağçı Azərbaycan Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri təyin edilmiş Ramin Məmmədovu ziyarət edib, təbriklərini çatdırıb. Görüş zamanı ölkələrimizin müvafiq qurumları arasında əməkdaşlıq məsələləri müzakirə olunub", - deyə məlumatda qeyd edilib. Bizim.Media