ABŞ Prezidentinin iqlim üzrə xüsusi nümayəndəsi Con Kerri Vaşinqtonda Azərbaycan səfirliyində olub. Bizim.Media xəbər verir ki, ABŞ rəsmisini hazırda Vaşinqtonda səfərdə olan ekologiya və təbii sərvətlər naziri, COP29-un prezidenti Muxtar Babayev qəbul edib. Görüş zamanı COP29-la bağlı müzakirələr aparılıb. Görüş Beynəlxalq Valyuta Fondu (IMF) və Dünya Bankı Qrupunun keçirdiyi yaz toplantısı çərçivəsində İqlim Fəaliyyəti üzrə Maliyyə Nazirləri Koalisiyasının 11-ci iclası çərçivəsində baş tutub. Bizim.Media