Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat katibi Ayxan Hacızadə Ermənistanın tezliklə 4 kəndin Azərbaycana qaytarılması ilə bağlı yayılan məlumatlara münasibət bildirib. Bizim.Media xəbər verir ki, A. Hacızadə bu barədə rəsmi “X” hesabında paylaşım edib. "Çoxdan gözlənilən tarixi hadisə: Azərbaycan və Ermənistan arasında dövlət sərhədinin delimitasiyası üzrə Dövlət Komissiyalarının 8-ci iclasının nəticəsi olaraq Ermənistan Azərbaycanın 1990-cı illərin əvvəllərindən işğal altında olan 4 kəndinin geri qaytarılmasına razılıq verib", - XİN rəsmisi qeyd edib.
Bizim.Media